Mərkəzləşdirilməmiş bulud infrastrukturu olan “Aethir”, “Stargate” adapterindəki boşluq səbəbindən kiberhücuma məruz qalıb və təxminən 400,000 dollar dəyərində vəsait oğurlanıb.
LivePress Media Crypto Timesın məlumatına istinadən xəbər verir ki, hakerlər ələ keçirdikləri vəsaitləri dərhal izlənilməsi çətin olan “Tron” şəbəkəsinə köçürüblər. Təhlükəsizlik analitikləri hücumun “smart kontrakt” səviyyəsində baş verdiyini və istifadəçilərin ATH tokenlərinə birbaşa təhlükə yaratmadığını bildirirlər. Layihə rəhbərliyi boşluğu dərhal aradan qaldıraraq daha böyük itkilərin qarşısını alıb və zərərçəkmişlər üçün kompensasiya planı hazırlayacağını bəyan edib. Hazırda oğurlanmış pulların dondurulması üçün mərkəzi birjalarla koordinasiyalı iş aparılır. Ekspertlər bu hadisəni kross-çeyn (cross-chain) sistemlərindəki zəifliklərin növbəti nümunəsi hesab edirlər.