Süni intellekt nəhəngi “Anthropic”, özünün “Claude” modellərini gücləndirmək üçün Sİ infrastruktur təminatçısı “CoreWeave” ilə çoxillik bulud müqaviləsi imzalayıb.
LivePress Media Bitcoin.com-un məlumatına istinadən xəbər verir ki, bu razılaşma nəticəsində “CoreWeave” dünyanın ən böyük on Sİ model təminatçısından doqquzuna xidmət göstərərək bazardakı mövqeyini möhkəmləndirib. Şirkət Anthropicin mürəkkəb hesablama işlərini öz yüksək performanslı bulud sistemlərinə köçürərək modellərin daha sürətli işləməsini təmin edəcək.
Analitiklər bu addımı Sİ layihələrinin irimiqyaslı istehsal və tətbiq dövrünə keçidinin mühüm göstəricisi kimi qiymətləndirirlər. İnfrastrukturun tam gücü ilə ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu əməkdaşlıq rəqabətin artdığı bulud hesablama bazarında “CoreWeave”i lider tərəfdaşlardan birinə çevirib.