Süni intellekt əsaslı AriaAI platformasının tokeni (ARIA), rekord yüksəlişdən sonra leveraclı mövqelərin kütləvi bağlanması nəticəsində kəskin qiymət enişi ilə üzləşib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, aktivin qiyməti cəmi bir neçə saat ərzində 80%-ə yaxın dəyər itirərək investorlar arasında ciddi narahatlıq yaradıb. Bu çöküş ARIA-nın bir ay ərzində 750%-lik artım göstərərək tarixi zirvəsinə çatmasından cəmi bir neçə gün sonra baş verib. Analitiklər bazardakı “zəncirvari likvidasiya”nın əsas səbəbi kimi həddindən artıq riskli ticarət əməliyyatlarını göstərirlər. Hazırda treyderlərin çoxu mövqelərini tərk etsə də, şəbəkə rəsmiləri problemin texniki deyil, tamamilə bazar dinamikası ilə bağlı olduğunu bildirirlər. Bu hadisə süni intellekt yönümlü digər kripto aktivlərə də mənfi təsir göstərib.