ABŞ senatoru Bill Hagerty rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı mühüm qanunvericilik paketinin aprel ayında Senatda irəliləyiş əldə edəcəyini bəyan edib.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, söhbət stabilkoinlərin şəffaflığını və təhlükəsizliyini təmin edən “GENIUS Act” və “CLARITY Act” layihələrindən gedir. Hagerty qeyd edib ki, bu addım ABŞ-ın blokçeyn sahəsində qlobal liderliyini qorumaq və dolların rəqəmsal məkanda hegemonluğunu möhkəmləndirmək üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Konqresdə bu tənzimləmələrə həm respublikaçılar, həm də demokratlar tərəfindən ciddi dəstək müşahidə olunur. Analitiklər qanunun qəbulunun bazarda investor etimadını kəskin artıracağını proqnozlaşdırırlar.