Dünya şöhrətli reper Kanye West (Ye), Los-Ancelesdəki “SoFi” stadionundakı çıxışı ilə solo konsert tarixinə yeni bir rekord yazdırıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, aprelin 3-də baş tutan şou tək bir gecədə 18 milyon dollardan çox bilet satışı həyata keçirərək ən çox gəlir gətirən solo konsertlərdən biri olub. İki günlük konsert seriyasının ümumi gəliri isə 33 milyon dolları ötərək sənətçinin kommersiya gücünün bərpa edildiyini təsdiqləyib. 80 mindən çox tamaşaçının izlədiyi gecədə Lauryn Hill və Travis Scott kimi ulduzlar da səhnə alıb. Bu uğur reperin yeni “Bully” albomunun təqdimatı çərçivəsində reallaşan dünya turunun ilk böyük zirvəsidir. Analitiklər bu nəticəni reperin son illərdəki qalmaqallardan sonra ən uğurlu geri dönüşü kimi qiymətləndirirlər.