ABŞ-ın yeni administrasiyası NASA-nın xərclərini azaltmaq üçün Boeing tərəfindən hazırlanan bahalı SLS raket proqramını dayandırmağı nəzərdə tutur.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, Ağ Ev SLS-i “Artemis III” missiyasından sonra kommersiya alternativləri ilə əvəzləməyi planlaşdırır. NASA rəhbəri Cared Ayzakman bu addımın Ay bazasının daha ucuz və sürətli qurulması üçün mühüm olduğunu bildirib. Onilliklərdir davam edən və milyardlarla dollar xərc tələb edən layihə artıq SpaceX kimi özəl rəqiblərin texnologiyaları ilə rəqabətdə çətinlik çəkir. Hökumət 2028-ci ilə qədər aya eniş hədəfinə çatmaq üçün daha səmərəli sistemləri prioritet seçib. Bu qərarın Konqresdə ciddi büdcə müzakirələrinə yol açacağı gözlənilir.