Tron yaradıcısı Castin San, Trampın dəstəklədiyi “World Liberty Financial” layihəsində cüzdanları birtərəfli bloklamağa imkan verən gizli mexanizm olduğunu iddia edib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, San bu “arxa qapı” vasitəsilə özünə məxsus 100 milyon dollarlıq tokenin dondurulduğunu bildirərək layihəni kəskin tənqid edib. WLFI tərəfi isə dondurmanı müqavilə pozuntusu ilə əsaslandıraraq ittihamları rədd edib. Gərginlik fonunda layihənin tokeni 75% dəyər itirərək tarixi minimuma enib. Ekspertlər bu hadisənin siyasi əsaslı kripto layihələrinə inamı ciddi sarsıtdığını vurğulayırlar. Hazırda tərəflər arasında hüquqi müstəvidə mübarizə davam edir.