Oyun yönümlü “Enjin” (ENJ) tokeni son 24 saatda 50% bahalaşaraq kripto bazarının diqqət mərkəzinə çevrilib.
CoinGecko məlumatlarına görə, tokenin günlük ticarət həcmi 877% artaraq son bir ilin ən yüksək aktivlik səviyyəsinə çatıb. Analitiklər bu sıçrayışı fyuçers bazarındakı “short squeeze” (qısa mövqe sıxışması) effekti və birjalardakı kəskin alış təzyiqi ilə izah edirlər. Hər hansı rəsmi xəbər olmasa da, qiymət 0,026 dollar səviyyəsinə qədər yüksəlib. Hazırda investorlar növbəti hədəf kimi 0,030 dollar müqavimət həddini izləyirlər. Mütəxəssislər sürətli artımdan sonra mümkün texniki korreksiya riskinə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.