Məşhur blokçeyn brauzeri Etherscan, ERC-20 tokenlərinin paylanmasını izləmək üçün “Token Holders Overview” adlı yeni beta alətini təqdim edib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə aktivlərin cüzdanlar üzrə faiz nisbətini və iri investorların hərəkətlərini daha şəffaf izləmək imkanı verir.
Vizual qrafiklər və qruplaşdırılmış məlumatlar sayəsində investorlar layihələrin risk səviyyəsini və bazar manipulyasiyalarını daha rahat müəyyən edə biləcəklər. Etherscan bu yeniliyin blokçeyn analitikasının demokratikləşməsi yolunda mühüm addım olduğunu bildirir. Hazırda sınaq mərhələsində olan alət bütün istifadəçilər üçün açıqdır və gələcəkdə daha da təkmilləşdirilməsi planlaşdırılır.