Filippin hökuməti “Meta Platforms” şirkətindən Facebook-da yayılan saxta və dezinformasiya xarakterli məzmunların qarşısını dərhal almağı tələb edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, ölkə rəhbərliyi prezidentin səhhəti və hərbi əməliyyatlarla bağlı yalan xəbərlərin milli təhlükəsizliyə təhdid yaratdığını bildirib. Rəsmi Manila şirkətə konkret fəaliyyət planı təqdim etmək üçün 7 gün vaxt verərək, əks halda sərt hüquqi addımlar atılacağı barədə xəbərdarlıq edib. Bu addım rəqəmsal platformaların məsuliyyətini artırmaq məqsədilə Filippinin atdığı ən qətiyyətli addımlardan biri kimi qiymətləndirilir. Hökumət saxta xəbər yayan şəbəkələrin ölkədə ictimai asayişi və iqtisadi sabitliyi pozmağa çalışdığını vurğulayır. Hazırda Metanın verəcəyi cavab və hökumətin tətbiq edə biləcəyi mümkün sanksiyalar dünya mediasının diqqət mərkəzindədir.