Florida hüquq-mühafizə orqanları beynəlxalq investisiya fırıldaqçılığı şəbəkəsindən 5.4 milyon dollar dəyərində kriptovalyutanı geri qaytarıb.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, bu, ştat tarixində müsadirə edilən ən yüksək məbləğdir. Cinayətkar qrup süni intellekt vasitəsilə saxta platformalar yaradaraq yüzlərlə investoru aldatmaqda ittiham olunur. Vəsaitlər xüsusi izləmə texnologiyaları sayəsində müxtəlif rəqəmsal pul kisələrindən aşkar edilib. Hakimiyyət orqanları geri qaytarılan məbləğin zərərçəkmişlərə paylanacağını və nəzarətin gücləndiriləcəyini bildirib. Hazırda şəbəkənin digər üzvlərinin tapılması istiqamətində beynəlxalq araşdırmalar davam edir.