HackerOne şirkətinin baş direktoru Kara Spraq, süni intellektin (AI) sürətli inkişafı fonunda qlobal kibertəhlükəsizliyin daha riskli vəziyyətə düşdüyünü bəyan edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, yeni AI modellərinin sistem boşluqlarını aşkar etmə qabiliyyəti hakerlər üçün əvvəlkindən daha geniş imkanlar yaradır. Spraq qeyd edib ki, hücum tərəfi mürəkkəb metodlardan istifadə etdiyi üçün rəqəmsal infrastruktur ciddi təhlükə altındadır. O, təşkilatları ənənəvi metodlardan imtina edərək AI əsaslı müdafiə sistemlərinə və etik hakerlərin dəstəyinə daha çox yer ayırmağa çağırıb. Ekspertlər bu xəbərdarlığın yaxın illərdə kibertəhlükəsizlik strategiyalarına köklü təsir edəcəyini proqnozlaşdırırlar. Hazırda bir çox qurum süni intellektin yaratdığı yeni nəsil təhdidləri tənzimləmək üçün yollar axtarır.