Hindistanın neft asılılığını azaltmaq üçün etanol istehsalını artırmaq planları kənd yerlərində etirazla qarşılanır.
LivePress Media “The Japan Times”ın məlumatına istinadən xəbər verir ki, fermerlər bioyanacaq zavodlarının onsuz da məhdud olan su ehtiyatlarını tükədəcəyindən ciddi narahatdırlar.
Hökumət 2030-cu ilə qədər yanacaq qarışığında etanol payını artırmağı hədəfləsə də, ekoloqlar bunun qida təhlükəsizliyinə və yeraltı sulara mənfi təsir edəcəyini bildirirlər. Yerli sakinlər inkişafın onların təbii sərvətləri hesabına aparılmasına qarşı çıxırlar. Bu vəziyyət Hindistanın enerji hədəfləri ilə əhalinin su ehtiyacları arasında dərin ziddiyyət yaradıb.