ABŞ Federal Rezerv Sisteminin rəhbərliyinə namizəd Kevin Warşın Senatdakı dinləmələri, kriptovalyutalar üçün kritik olan “Clarity Act” qanun layihəsinin müzakirəsini aprelin sonuna və ya maya qədər təxirə sala bilər.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, Senat komitəsi hazırda bütün diqqətini yeni rəhbərin təyinatına yönəldib.
Bu gecikmə rəqəmsal aktivlərin hüquqi statusunun müəyyənləşməsini gözləyən investorlar arasında narahatlıq yaradıb. Ekspertlər qeyd edirlər ki, qanun layihəsinin yubanması bazardakı tənzimləmə qeyri-müəyyənliyini bir qədər də uzadacaq. Warşın dinləmələrindəki mövqeyi həm FED-in gələcək siyasətinə, həm də kripto tənzimləmələrinə ciddi təsir göstərə bilər.