Kriptovalyuta sənayesi yeni buraxılan tokenlərin sayının real iqtisadi dəyərdən daha sürətlə artması səbəbindən ciddi “ekzistensial” problemlə üzləşib.
LivePress Media Cointelegraphın məlumatına istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, hədsiz təklif artımı fərdi aktivlərin dəyərini sürətlə aşağı salır və investor etimadını sarsıdır. “Blockworks”un həmtəsisçisi Michael Ippolito bildirib ki, layihələrin 80%-dən çoxu buraxıldıqdan qısa müddət sonra ilkin qiymətindən aşağı ticarət olunur. Qazanc yalnız Bitcoin və Ether kimi nəhəng aktivlərdə cəmləşdiyi halda, altkoin bazarı inflyasiya təzyiqi altında əzilir. Ekspertlər sənayenin qorunması üçün token iqtisadiyyatının (tokenomics) təcili yenidən qurulmasını zəruri hesab edirlər.