LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı hip-hop artisti və sahibkar Timati (Timur Yunusov) və restorançı Anton Pinski Domino’s Pizza-nın Rusiyadakı biznesini alıblar.
Bu barədə Afisha Daily restorançı Dmitri Levitskiyə məxsus ReBro teleqram kanalına istinadən xəbər verir.
Layihənin qarşıdan gələn rebrendinqinin təqdimatı avqustun 30-da planlaşdırılmışdı.
Keçən həftə şəbəkənin iflası ilə bağlı xəbərlərdən sonra Timati rusiyalı pizzacılar şəbəkəsini satın almağa qərar verdi . Sənətçi sövdələşməni müzakirə etmək üçün Domino’s Pizza sahibləri ilə əlaqə saxlayıb.