“Napster” şirkəti süni intellekt (AI) vasitəsilə musiqi platformasından çoxşaxəli texnologiya mərkəzinə çevrildiyini elan edib.
LivePress Media xəbər verir ki, Bloombergə verilən müsahibədə CEO Con Akunto bildirib ki, şirkət “Napster View” kimi yeni məhsullarla 24/7 işləyən rəqəmsal ekspert xidmətləri təqdim edir. Artıq sadəcə musiqi dinləmə deyil, süni intellekt əsaslı “streming intelligence” modelinə keçid hədəflənir. Bu strategiya AI-nın brauzerlərdən çıxaraq gündəlik sosial həyata və fiziki cihazlara inteqrasiyasını nəzərdə tutur. Yeni dövrdə Napster həm yaradıcıların hüquqlarını qorumağı, həm də istifadəçilər üçün fərdi AI “konsyerj” köməkçiləri yaratmağı planlaşdırır.