ABŞ Vitse-prezidenti Cey Di Vensin İslamabadda İranla keçirdiyi nüvə danışıqlarının nəticəsiz qalması neft bazarlarında kəskin bahalaşmaya səbəb olub.
LivePress Media Bitcoin.com-un məlumatına istinadən xəbər verir ki, diplomatik uğursuzluq fonunda Hyperliquid platformasında ABŞ neft törəmə alətləri (perpetualları) rekord ticarət həcminə çatıb. Vens İranın nüvə proqramından imtina etməməsinin razılığa mane olduğunu bildirib. Bu hadisə Hörmüz boğazının qapalı qalması və enerji tədarükündə yaranan fasilələrlə bağlı qlobal narahatlıqları daha da artırıb. Analitiklər yaxın günlərdə bazarlarda yüksək volatilliyin davam edəcəyini proqnozlaşdırırlar. Hazırda investorlar aprelin 22-də başa çatacaq müvəqqəti atəşkəsdən sonrakı ssenariləri izləyirlər.