Yaponiyanın Şinşu Universitetinin tədqiqatçıları günəş enerjisindən istifadə edərək sudan hidrogen istehsal edən və soyuq iqlimlərdə səmərəliliyini itirməyən yeni fotokatalizator texnologiyası təqdim ediblər.
LivePress Media Nikkeinin məlumatına istinadən xəbər verir ki, bu texnologiya mənfi temperaturlarda belə karbon xaric etmədən hidrogen istehsalını mümkün edir. Tədqiqat qrupu bu ilin yayında 100 kvadratmetrlik sahədə genişmiqyaslı real sınaqlara başlamağı planlaşdırır. Layihə qış aylarında günəş panellərinin səmərəliliyinin düşməsi problemini həll edərək hidrogenin maya dəyərini azaltmağı hədəfləyir. Ekspertlər bu kəşfi “yaşıl enerji”yə keçid prosesində mühüm elmi nailiyyət kimi qiymətləndirirlər. Hazırda texnologiyanın 2030-cu ilə qədər kommersiyalaşdırılması üzərində işlər aparılır.