Oracle şirkəti süni intellekt (AI) məlumat mərkəzlərinin enerji ehtiyacını qarşılamaq məqsədilə “Bloom Energy” ilə əməkdaşlığa başlayıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, tərəflər 2.8 qiqavat gücündə yanacaq elementi sisteminin tədarükü üçün razılığa gəliblər. Bu addım Oracle-ın ənənəvi elektrik şəbəkələrindən asılılığını azaldaraq infrastrukturunu kəsintisiz enerji ilə təmin etməyə hesablanıb. Sövdələşmə xəbərindən sonra hər iki şirkətin səhmləri birjada kəskin bahalaşıb. Ekspertlər bu layihəni texnologiya nəhənglərinin enerji müstəqilliyinə doğru atdığı strateji dönüş nöqtəsi kimi qiymətləndirirlər. Hazırda sistemlərin mərhələli şəkildə quraşdırılmasına başlanılıb.