Pakistan Dövlət Bankı lisenziyalı kriptovalyuta şirkətlərinin yerli banklarda hesab açmasına və qanuni əməliyyat aparmasına icazə verən yeni qaydaları təsdiqləyib.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, bu addım illərdir davam edən qeyri-rəsmi qadağanı aradan qaldıraraq sektoru leqallaşdırmaq məqsədi daşıyır. Şirkətlər bank xidmətlərindən yararlanmaq üçün sərt nəzarət və şəffaflıq mexanizmləri qurmalıdırlar. Ekspertlər bu qərarın ölkəyə xarici investisiya axınını sürətləndirəcəyini və fırıldaqçılıq risklərini azaldacağını bildirirlər. Artıq bir neçə iri beynəlxalq birjanın qeydiyyat üçün müraciət etdiyi qeyd olunur. Hazırda sistemin tam tətbiqi istiqamətində hazırlıqlar görülür.