Dünyanın nəhəng investisiya fondu “Pimco”, “Oracle” şirkətinin Miçiqandakı yeni məlumat mərkəzi layihəsi üçün 14 milyard dollarlıq borc maliyyələşməsini nəzərdən keçirir.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, bu vəsait OpenAI-ın süni intellekt modellərini dəstəkləyəcək “Stargate” infrastrukturunun qurulmasına yönəldiləcək. Layihə 1 qiqavatdan çox enerji tutumu ilə qlobal miqyasda ən böyük Sİ mərkəzlərindən biri olmağa iddialıdır. Maliyyələşmə prosesində “Bank of America” vasitəsilə özəl istiqrazların buraxılması, “Blackstone”un isə 2 milyard dollar kapital ilə tərəfdaşlığı nəzərdə tutulur. Bu sövdələşmə texnoloji infrastruktur üçün ayrılan ən böyük özəl borc paketlərindən biri hesab olunur. Ekspertlər bu addımın süni intellekt yarışında maliyyə hərəkatını sürətləndirəcəyini vurğulayırlar.