“Polymarket” proqnoz platforması aprelin 22-də öz tarixinin ən böyük infrastruktur yenilənməsini təqdim edəcək.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, yeni “V2” versiyası ilə platforma sürətli əməliyyat mühərriki və “Polymarket USD” adlı xüsusi stabilkoinə keçid edir.
Yenilənmə çərçivəsində mövcud sifarişlər ləğv ediləcək və istifadəçilərin yeni müqavilələrə miqrasiyası təmin olunacaq. Ekspertlər bu dəyişikliyin əməliyyat xərclərini azaldacağını və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını bildirirlər. Hazırda bütün API istifadəçilərinə və treyderlərə sistemlərini yeniləmək barədə xəbərdarlıq edilib.