“Salesforce” rəhbəri Mark Benioff, süni intellektin (Sİ) ənənəvi proqram təminatı (SaaS) modelini sıradan çıxaracağı barədə iddiaları rədd edib.
LivePress Media Nikkeinin məlumatına istinadən xəbər verir ki, Benioff Sİ-nin mühəndisləri əvəzləmək yerinə, onları daha məhsuldar “menecerlərə” çevirəcəyini vurğulayıb. O, Sİ agentlərinin hələ də tam avtonom olmadığını və mövcud müəssisə məlumatlarına ehtiyac duyduğunu bildirib. Şirkətin 15 min mühəndisi Sİ sayəsində iş səmərəliliyini 30% artırıb, bu isə yeni işçi qəbuluna ehtiyacı azaldıb. Benioff Salesforce-un Sİ agentləri vasitəsilə ənənəvi modelini daha da gücləndirəcəyinə inanır. Hazırda bazar iştirakçıları bu texnologiyanın müştəri xidmətlərini necə köklü dəyişəcəyini izləyirlər.