Süni intellekt resurslarından israf dərəcəsində maksimum istifadə etmək trendi olan “tokenmaxxing” dalğası artıq zəifləməyə başlayıb.
LivePress Media The Informationun məlumatına istinadən xəbər verir ki, “Meta” kimi nəhənglərdə mühəndislərin ən çox token “yandırmaq” üzrə daxili rəqabəti artıq səmərəlilik və maliyyə hədəfləri ilə ziddiyyət təşkil edir. Şirkətlər artıq diqqəti lüzumsuz istehlakdan deyil, real dəyər yaradan səmərəli istifadəyə və xərclərin azaldılmasına yönəldirlər. Mütəxəssislər bu keçidi “Sİ bumu”ndan daha yetkin “Sİ rentabelliyi” dövrünə keçid kimi qiymətləndirirlər. Bu dəyişiklik Sİ infrastrukturuna yatırılan investisiyaların kəmiyyətdən keyfiyyətə yönələcəyinin əsas göstəricisidir.