Niderlandın nəqliyyat tənzimləyicisi (RDW), “Tesla” şirkətinin “FSD Supervised” proqramının həm magistral, həm də şəhər yollarında istifadəsinə yaşıl işıq yandırıb.
LivePress Media The Japan Timesın məlumatına istinadən xəbər verir ki, bu, Teslanın qabaqcıl sürücü köməkçisi sisteminin Avropa İttifaqı daxilində aldığı ilk rəsmi razılıqdır. 18 aylıq sınaq müddətindən sonra verilən icazə sürücünün daimi nəzarəti şərtilə avtomobilin sükan və əyləc sistemini avtomatlaşdırmağa imkan verir. RDW rəsmi olaraq bildirib ki, sistem sürücünün diqqətini əvəz etmir, lakin yol təhlükəsizliyini artıra bilər. İlon Mask bu qərarı Teslanın qlobal genişlənməsi üçün həlledici addım adlandırıb. Artıq Niderlanddakı Tesla sahibləri yaxın günlərdə proqram təminatı yenilənməsi vasitəsilə bu funksiyadan yararlana biləcəklər.