Donald Trampın iştirakı ilə keçiriləcək eksklüziv “Kripto Qala” gecəsinə qatılmaq istəyən “TRUMP” token sahibləri üçün son müraciət tarixi aprelin 14-nə qədər uzadılıb.
LivePress Media Bitcoin.com-un məlumatına istinadən xəbər verir ki, Florida ştatındakı Mar-a-Lago iqamətgahında baş tutacaq tədbirdə yalnız ən çox tokenə sahib olan ilk 297 investor iştirak edə biləcək. Yarışın son mərhələsində “balina” investorlar reytinqlərini artırmaq üçün aktiv şəkildə milyonlarla dollar dəyərində token toplayırlar. ABŞ Senatı isə tədbiri “prezident nüfuzundan şəxsi mənfəət üçün istifadə” şübhəsi ilə araşdırmağa başlayıb. İştirakçılara Tramp brendli saatlar və kolleksiya kartları kimi xüsusi hədiyyələrin verilməsi planlaşdırılır. Hazırda bu rəqabət tokenin bazar aktivliyini və ticarət həcmini ciddi şəkildə artırıb.