Senator Elizabet Uorren SEC sədri Pol Atkinsin qurumun icraat məlumatları barədə Konqresi qəsdən aldatdığını bəyan edib.
LivePress Media Cointelegrapha istinadən xəbər verir ki, rəsmi hesabatlar SEC-in hüquqi tədbirlərinin son 20 ilin ən minimumuna endiyini üzə çıxarıb.
Uorren qeyd edib ki, Atkins dinləmələrdə bu azalmanı inkar etsə də, real rəqəmlər agentliyin öz vəzifələrindən uzaqlaşdığını sübut edir. Xüsusilə kripto və maliyyə cinayətlərinə qarşı mübarizənin zəifləməsi senator tərəfindən sərt tənqid olunub. O, Atkinsdən təcili olaraq bu manipulyasiyaya aydınlıq gətirməsini tələb edib. Hazırda SEC-in hesabatlılığı ətrafında hüquqi gərginlik artmaqda davam edir.