Yaponiyada “Alipay” kimi Çin mobil ödəniş tətbiqlərinin geniş yayılması, rəsmi nəzarətdən kənar “paralel iqtisadiyyat”ın yaranması narahatlığını doğurub.
LivePress Media The Japan Timesın məlumatına istinadən xəbər verir ki, yapon siyasətçilər bu tətbiqlər vasitəsilə aparılan əməliyyatların vergidən yayınma və çirkli pulların yuyulması riskləri daşıdığını bildirirlər. Xüsusilə yerli şəbəkələrdən keçməyən və birbaşa xarici valyuta ilə edilən ödənişlərin həcminin naməlum qalması əsas təhlükə kimi qeyd olunur. Parlament üzvü Tsukasa Abe bu cür platformalar üzərində nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Yaponiya hökuməti bu məsələni G7 tərəfdaşları ilə müzakirə edərək yeni tənzimləmə mexanizmləri hazırlamağı planlaşdırır. Məqsəd rəqəmsal ödənişlərdə şəffaflığı təmin etmək və daxili maliyyə sistemini qorumaqdır.