“Yuga Labs” (BAYC yaradıcısı), rəssam Rayder Ripps və ortağı Ceremi Kahen ilə müəllif hüquqları davasını rəsmi barışıqla yekunlaşdırıb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, razılaşmaya əsasən, qarşı tərəf BAYC ticarət nişanlarından istifadəni dayandırmalı və RR/BAYC layihəsinə aid bütün rəqəmsal aktivləri, domenləri və hesabları şirkətə təhvil verməlidir. Məhkəmə rəssamların “satira” müdafiəsini rədd edərək, fəaliyyətlərini brend hüquqlarının pozulması kimi qiymətləndirib. 10 gün ərzində bütün resurslar “Yuga Labs”ın nəzarətinə keçəcək və tərəflər aktivlərin gizlədilməməsi öhdəliyini götürüblər. Bu qərar NFT sahəsində intellektual mülkiyyətin qorunması üçün mühüm hüquqi presedent hesab olunur. Ekspertlər bunu rəqəmsal incəsənət bazarında brend sahiblərinin böyük qələbəsi kimi dəyərləndirirlər.