Tanınmış blokçeyn müstəntiqi ZachXBT, KuCoin birjasının son kiber-oğurluqlardan əldə edilən 13 milyon dollardan çox vəsaitin izini itirmək üçün əsas platformaya çevrildiyini iddia edib.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər saxta “Ledger” tətbiqi vasitəsilə oğurladıqları aktivləri yumaq üçün birjanın 150-dən çox depozit ünvanından istifadə ediblər.
ZachXBT-nin araşdırmasına görə, KuCoinin zəif nəzarət mexanizmləri cinayətkar şəbəkələrin Bitcoin, Ethereum və Solana kimi aktivləri asanlıqla platformaya daxil etməsinə imkan yaradır. Bu iddialar, artıq tənzimləyici orqanlarla problemlər yaşayan birjanın reputasiyasına ciddi zərbə vurub. Ekspertlər istifadəçilərə tətbiq yükləyərkən maksimum diqqətli olmağı tövsiyə edirlər.