Ekzotik heyvan həvəskarları arasında uzunluğu 30 sm-ə çatan Afrika nəhəng qırxayaqlarını (Archispirostreptus gigas) saxlamaq trendi sürətlə yayılır.
LivePress Media Khoahocdoisong.vn-in məlumatına istinadən xəbər verir ki, bu canlılar xarici görünüşcə qorxulu olsalar da, insanlar üçün tamamilə zərərsiz və sakit təbiətlidirlər. Dişləməyən və zəhəri olmayan bu heyvanlar rütubətli mühitdə 10 ilə qədər yaşaya bilirlər. Əsasən çürümüş yarpaq və meyvələrlə qidalandıqları üçün baxımları olduqca asandır. Bir çox insan bu qırxayaqların yavaş hərəkətlərini izləməyin stresdən azad etdiyini bildirir.