Bitcoin Siyasət İnstitutunun (BPI) tədqiqat rəhbəri Sem Layman bildirib ki, Bitcoin dolları zəiflətmək əvəzinə, onun qlobal mövqeyini gücləndirən “simbiotik” əlaqədədir.
LivePress Media Cointelegraphın məlumatına istinadən xəbər verir ki, ən böyük ticarət cütünün dollar (BTC/USD) və dollara bağlı stabilkoinlər olması bu aktivlərin bir-birini qarşılıqlı dəstəklədiyini sübut edir. Layman bu münasibəti 1970-ci illərin “petrodollar” sisteminə bənzədərək, rəqəmsal iqtisadiyyatda dollara olan tələbatın artdığını qeyd edib. O, ABŞ qanunvericilərini dolların hegemonluğunu qorumaq üçün GENIUS tənzimləmə çərçivəsini sürətləndirməyə çağırıb. Ekspertin fikrincə, Bitcoin dollar üçün təhlükə deyil, onun rəqabət gücünü artıran strateji resursdur.