ABŞ Ədliyyə Nazirliyi (DOJ), Milli Futbol Liqasının (NFL) milyardlarla dollarlıq yayım müqavilələrində antiinhisar qanunlarının pozulması şübhəsi ilə araşdırmaya başlayıb.
LivePress Media Financial Postun məlumatına istinadən xəbər verir ki, liqanın oyunları müxtəlif ödənişli striminq platformaları arasında bölməsinin azarkeşlər üçün xərcləri artırdığı və rəqabəti məhdudlaşdırdığı ehtimal edilir. NFL rəhbərliyi isə oyunların əksəriyyətinin hələ də pulsuz kanallarda əlçatan olduğunu bildirərək öz modelini müdafiə edir. Ekspertlər bu araşdırmanın idman yayımı sektorundakı eksklüziv müqavilə praktikalarına ciddi təsir göstərəcəyini proqnozlaşdırırlar. Hazırda nazirlik yayım haqları ilə bağlı sənədləri tələb edərək prosesi genişləndirir.