İnvestor Skott Bessent Anthropicin yeni “Mythos” modelini ABŞ və Çin arasındakı süni intellekt rəqabətində strateji sıçrayış adlandırıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, bu texnologiyanın hesablama gücü və mühakimə qabiliyyəti baxımından rəqiblərini xeyli geridə qoyduğu vurğulanır.
Bessentin fikrincə, “Mythos” ABŞ-ın bu sahədəki dominantlığını qorumaq və milli təhlükəsizliyi gücləndirmək üçün həlledici rol oynayacaq. O, dövlət və özəl sektorun bu cür innovasiyaları dəstəkləmək üçün daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Hazırda bu modelin qlobal bazarda tətbiqi böyük maraqla gözlənilir.