Fed rəhbərliyinə namizəd Kevin Uorş Senata təqdim etdiyi hesabatda geniş kriptovalyuta portfelini açıqlayıb.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, sənədlər onun Blast, Bitwise və Flashnet kimi layihələrdə mühüm paylara sahib olduğunu göstərib. Uorş vəzifəyə təsdiqlənəcəyi təqdirdə bütün aktivlərini satacağını öhdəsinə götürüb. Ekspertlər onun texnologiya yönümlü investisiyalarının mərkəzi bankın gələcək siyasətinə təsir edə biləcəyini qeyd edirlər. Hazırda bu açıqlamalar aprelin sonunda keçiriləcək Senat dinləmələri öncəsi geniş müzakirə olunur.