Maliyyə nəhəngi Goldman Sachs, investorlara kripto bazarından gəlir qazandıracaq “Bitcoin Premium Income ETF” üçün SEC-ə rəsmi müraciət ünvanlayıb.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, bu fond bitkoini birbaşa saxlamaq əvəzinə, törəmə alətlər vasitəsilə mütəmadi dividend ödəməyi hədəfləyir. Strategiya bazarın volatilliyindən yararlanaraq riskləri minimuma endirməyə hesablanıb. Ekspertlər bu addımı bankın rəqəmsal aktivlər bazarına ən ciddi girişi kimi qiymətləndirirlər. Müraciət qəbul edilərsə, mühafizəkar investorlar üçün yeni qazanc imkanları yaranacaq. Hazırda SEC tərəfindən sənədlərin nəzərdən keçirilməsi prosesi davam edir. Analitiklər bu məhsulun ənənəvi maliyyə institutlarının kriptovalyutaya münasibətini dəyişəcəyini proqnozlaşdırırlar.