“Hyperbridge” protokolu baş vermiş kiberhücumun miqyası ilə bağlı ilkin təxminlərini kəskin şəkildə yeniləyib.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, əvvəlcə 237 min dollar olaraq açıqlanan itki məbləğinin dərindən araşdırmalardan sonra 2,5 milyon dollara çatdığı məlum olub.
Hücum platformanın çarpaz zəncir infrastrukturundakı mürəkkəb bir boşluq vasitəsilə həyata keçirilib. Şirkət hazırda vəsaitlərin izlənilməsi üçün təhlükəsizlik orqanları ilə əməkdaşlıq edir və zərərçəkənlər üçün bərpa planı hazırlayır. Ekspertlər itki məbləğinin artmasını hakerlərin eyni anda bir neçə likvidlik hovuzuna müdaxilə etməsi ilə əlaqələndirirlər.