Süni intellekt nəhəngi Anthropic, investorlar tərəfindən 800 milyard dollar dəyərində yeni maliyyə təklifləri alıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, “Claude” çatbotunun yaradıcısı olan startapın bazar dəyəri cəmi iki ay ərzində iki dəfədən çox artıb.
Şirkətin illik gəlirinin 30 milyard dolları keçməsi investorların marağını pik həddə çatdırsa da, Anthropic rəhbərliyi hələlik bu təklifləri rədd edərək daxili inkişafa üstünlük verir. Hazırda şirkət payızda planlaşdırılan mümkün İPO və yeni modellərin təqdimatı üzərində işləyir. Analitiklər bu qiymətləndirməni süni intellekt sektorunda yeni investisiya dövrünün başlanğıcı kimi qiymətləndirirlər.