Süni intellekt nəhəngi “Anthropic”, “Claude” modellərini inkişaf etdirmək üçün bulud provayderi “CoreWeave” ilə çoxillik strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
LivePress Media Financial Postun məlumatına istinadən xəbər verir ki, Anthropic hesablama gücünü artırmaq üçün CoreWeavenin NVIDIA GPU-ları ilə təchiz edilmiş infrastrukturundan istifadə edəcək. Bu addım modellərin təlim prosesini sürətləndirmək və artan qlobal tələbatı qarşılamaq məqsədi daşıyır. CoreWeave artıq dünyanın 10 aparıcı AI provayderindən 9-u ilə əməkdaşlıq edərək bazardakı mövqeyini möhkəmləndirib. Ekspertlər bu anlaşmanı böyük dil modelləri yarışında hesablama resursları uğrunda gedən mübarizənin vacib mərhələsi hesab edirlər. Yeni infrastruktur imkanlarının cari ilin sonundan etibarən fəaliyyətə başlayacağı gözlənilir.