Süni intellekt nəhəngi “Anthropic”, ABŞ Federal Seçki Komissiyasında öz siyasi fəaliyyət komitəsini (AnthroPAC) qeydiyyatdan keçirib.
LivePress Media Bitcoin.com məlumatına istinadən xəbər verir ki, bu gediş şirkətin “Claude” modelinin hərbi məqsədlər üçün istifadəsi ilə bağlı ABŞ hökuməti ilə yaşadığı ixtilaflar fonunda baş verib. Şirkət əməkdaşlarının ianələri ilə maliyyələşən komitə süni intellekt tənzimlənməsi üzrə qanunvericilik prosesinə təsir göstərməyi hədəfləyir. Anthropic xüsusilə süni intellektin muxtar silahlarda tətbiqinə qarşı çıxaraq öz etik prinsiplərini siyasi müstəvidə qorumağa çalışır. Bu addım texnologiya şirkətinin Vaşinqtondakı nüfuzunu gücləndirmək strategiyasının bir hissəsidir.