“Apple” şirkəti Merilend ştatının Touson şəhərində yerləşən və ABŞ-da işçiləri həmkarlar ittifaqına üzv olan ilk mağazasını bu ilin iyununda bağlayacağını açıqlayıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət bu addımı ticarət mərkəzində müştəri axınının azalması ilə əsaslandırsa da, həmkarlar ittifaqı qərarı “retaliasiya” və ittifaqı dağıtmaq cəhdi kimi pisləyib. 90-a yaxın əməkdaşa digər vakansiyalara müraciət imkanı yaradılacağı bildirilib. 2022-ci ildə tarixi bir addımla ittifaqlaşan bu mağazanın bağlanması işçi hüquqları müstəvisində böyük rezonans doğurub. İttifaq rəhbərliyi qərara qarşı hüquqi yollara müraciət edəcəklərini bəyan edib. Hazırda bu hadisə texnologiya nəhəngi ilə işçi qrupları arasındakı gərginliyi yenidən pik həddə çatdırıb.