Binancenin qurucusu Changpeng Zhao (CZ) yeni memuar kitabı ilə OKX-in qurucusu Star Xu arasındakı on illik rəqabəti yenidən gündəmə gətirib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, kitabda CZ-nin keçmiş iddialarına cavab olaraq Star Xu onu “vərdişkar yalançı” adlandırıb və arxiv sənədləri ilə bu iddiaları təkzib etməyə çalışıb. CZ rəqiblərinin onu texniki cəhətdən səriştəsiz göstərməyə çalışdıqlarını iddia edərkən, Star Xu qarşılıqlı ittihamlarla polemikanı genişləndirib.
Ekspertlər bu hadisəni kripto sənayesinin ən nüfuzlu simaları arasındakı dərin şəxsi ixtilafların göstəricisi kimi qiymətləndirirlər. Hazırda tərəflər arasında sosial media üzərindən gərgin polemika davam edir. Bu qarşıdurma hər iki nəhəng birjanın keçmiş nüfuzuna dair köhnə sualları yenidən aktuallaşdırıb.