Böyük bir investor yeni çıxan “UNC” memkoininin ümumi tədarükünün 37%-ni satın alaraq bazarda diqqət mərkəzinə düşüb.
LivePress Media CryptoTimesa istinadən xəbər verir ki, həmin şəxs dərhal sonra 2 mindən çox treyderə cəmi 6,4 milyon dollar dəyərində kütləvi “airdrop” həyata keçirib.
Bu addım layihəyə marağı kəskin artırıb və koinin bazar dəyərinin sürətlə yüksəlməsinə səbəb olub. Ekspertlər bunu yeni bir tokenin populyarlaşması üçün düşünülmüş aqressiv marketinq gedişi hesab edirlər. Hazırda investorlar bu böyük paylamanın UNC-nin gələcək qiymətinə necə təsir edəcəyini izləyirlər.