Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), “H3” raketinin 8-ci buraxılışındakı uğursuzluğun istehsal prosesindəki mexaniki qüsurlardan qaynaqlandığını açıqlayıb.
LivePress Media Nikkeiyə istinadən xəbər verir ki, mühərrikin yanacaq sistemindəki çatışmazlıq raketin hədəf orbitinə çatmamasına və peykin itirilməsinə səbəb olub. Hadisədən sonra agentlik keyfiyyətə nəzarət mexanizmlərini və istehsalat zəncirini ciddi şəkildə yenidən nəzərdən keçirməyə başlayıb. Bu texniki xəta Yaponiyanın kosmik proqramı üçün həm maliyyə, həm də strateji itki hesab olunur. Hazırda mühərrik komponentlərində köklü dəyişikliklərin edilməsi və təhlükəsizlik protokollarının gücləndirilməsi planlaşdırılır. Ekspertlər bu insidentin ölkənin qlobal kosmos bazarındakı nüfuzuna təsir edəcəyini proqnozlaşdırırlar.