LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, səfərdə “İnter Mayami”nin futbolçuları Liqa Kubokunun yarımfinal görüşündə “Filadelfiya”dan güclü olub. Amerika Çester şəhərində keçirilən görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qaliblər sırasında qolları Jozef Martines (3-cü dəqiqə, penaltidən), Lionel Messi (20), Xordi Alba (45+3) və David Ruiz (84) vurub. Meydan sahiblərinin heyətində Alexandro Bedoya (73-cü) fərqlənib.
Messi yeni klubunda altıncı oyununu keçirdi və hər birində fərqlənməyi bacardı. Ümumilikdə argentinalının 9 qol və bir məhsuldar ötürməsi var.
Liqa Kubokunda Böyük Futbol Liqasının və Meksika Çempionatının komandaları iştirak edir. Turnirin finalında “İnter Mayami” yarımfinalda Meksika “Monterrey”ini 2:0 hesabı ilə məğlub edən amerikalı “Naşvill”lə qarşılaşacaq. Həlledici görüş avqustun 19-da baş tutacaq.