Misir Kosmik Agentliyi, Şərqi Afrikada iqlim dəyişikliyini izləmək üçün hazırlanan süni intellektli (Sİ) “ClimCam” kamerasını Beynəlxalq Kosmik Stansiyaya uğurla yola salıb.
LivePress Media VietnamPlusun məlumatına istinadən xəbər verir ki, Misir, Keniya və Uqandanın birgə layihəsi olan bu cihaz SpaceX raketi ilə orbitə çatdırılıb. Kamera BKS-də yerləşdirilərək regiondakı quraqlıq, daşqın və kənd təsərrüfatı resurslarını kosmosdan izləyəcək. Sİ dəstəyi sayəsində qurğu ekstremal hava hadisələri barədə real vaxt rejimində yüksək dəqiqlikli məlumatlar emal edə biləcək. Bu addım Afrika ölkələrinin kosmik texnologiyalar vasitəsilə iqlim fəlakətlərinə qarşı mübarizə imkanlarını genişləndirir.