Qlobal kripto nəhəngi OKX, Vyetnamdakı dövlət pilot proqramına qoşulmaq üçün yerli CAEX birjasına strateji investisiya ayırıb.
LivePress Media Bitcoin.com-un məlumatına istinadən xəbər verir ki, bu dəstək CAEX-in 380 milyon dollarlıq rəsmi kapital tələbini ödəməsinə kömək edəcək. OKX rəhbərliyi tərəfdaşlığın ölkədə şəffaf və beynəlxalq standartlara uyğun ekosistem qurmaq məqsədi daşıdığını bildirib. Şirkət həmçinin texniki infrastruktur və risklərin idarə edilməsi üzrə qlobal təcrübəsini yerli bazarla bölüşəcək. Hazırda CAEX “VPBank” ekosistemi daxilində lisenziyalı fəaliyyətə hazırlaşır. Bu addım Vyetnamın regionda tənzimlənən kripto mərkəzinə çevrilməsi üçün həlledici hesab olunur.