OpenAI şirkəti İlon Maskı aprelin 27-də başlayacaq 134 milyard dollarlıq məhkəmə prosesi ərəfəsində iddialarını qəfil genişləndirərək “hüquqi pusku” qurmaqda günahlandırıb.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, Mask son müraciətində CEO Sem Altmanın vəzifədən uzaqlaşdırılmasını və qazanılacaq təzminatın xeyriyyəyə verilməsini tələb edib. OpenAI vəkilləri bu addımın məhkəməyə xaos gətirmək və ictimai rəyi manipulyasiya etmək məqsədi daşıdığını bildirirlər. Mask isə şirkətin ilkin qeyri-kommersiya missiyasından uzaqlaşaraq tamamilə mənfəət yönümlü quruma çevrildiyini iddia edir. Məhkəmə sənədlərində OpenAI Maskın hərəkətlərini “rəqibi zəiflətmək üçün aparılan qərəzli kampaniya” kimi xarakterizə edib. Hazırda tərəflər texnologiya dünyasının ən böyük hüquqi qarşıdurmalarından birinə hazırlaşır.