Pi Networkün həyata keçirdiyi mütləq v21.2 protokol yeniləməsi, rəsmi “Explorer” səhifəsində fərqli versiya nömrələrinin görünməsi səbəbindən icmada narahatlıq yaradıb.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bir çox istifadəçi yeniləmənin uğursuz olduğunu düşünsə də, Core Team bu uyğunsuzluğun sadəcə vizual xarakter daşıdığını və şəbəkə təhlükəsizliyinə təsir etmədiyini açıqlayıb. Yeni protokol şəbəkə stabilliyini artırmaqla yanaşı, aprelin sonuna planlaşdırılan smart-müqavilə dəstəyinə zəmin hazırlayır. Hazırda bütün əsas qovşaqların yeni sistemə keçidi uğurla tamamlanıb. Ekspertlər bu texniki xətanın “Open Mainnet”ə keçid ərəfəsində müvəqqəti hal olduğunu bildirirlər.